AEM Bioloji dərman vasitələrinin Keyfiyyətinə Nəzarət Laboratoriyalarının Şəbəkəsi üzvlərinin görüşündə

2022-01-12

   Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yaradılmış Bioloji dərman vasitələrinin Keyfiyyətinə Nəzarət Laboratoriyalarının Şəbəkəsi üzvlərinin onlayn formatda 4-cü Ümumi Görüşü (Fourth General Meeting (GM), virtua WHO-National Control Laboratory Network for Biologicals (WHO-NNB)) baş tutmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi Şəbəkəyə assosiativ üzv olaraq görüşdə iştirak etmişdir. Görüşdə Bioloji dərman vasitələrinin keyfiyyətinə nəzarət və yaradılmış Bioloji dərman vasitələrinin Keyfiyyətinə Nəzarət Laboratoriyaları Şəbəkəsinin fəaliyyətinin əhəmiyyəti haqqında müzakirələr aparılmışdır. Həmçinin hər bir üzv ölkə, Milli Tənzimləyici Qurumları və Laboratoriyaları haqqında hazırladıqları təqdimatlarla çıxış etmişdir.