Elmi Şuranın yaradılması – gənc alimləri stimullaşdıracaq

2021-12-24

   Analitik Ekspertiza Mərkəzinin nəzdnində ictimai əsaslarda yaradılmış Elmi Şura Mərkəzin işçilərinin elmi-təşkilati və tədqiqat fəaliyyətinə rəhbərliyi həyata keçirəcək. Elmi Şuranın əsas məqsədləri, Mərkəzin işçilərinin elmi-tədqiqat işlərini ölkənin tibb və əczaçılıq sahəsinin mühüm problemlərinə, inkişaf dinamikasının yüksəldilməsinə doğru istiqamətləndirməkdir. Eləcə də Respublikamızda və xarici ölkələrdə tibb və əczaçılıq sahəsində elmi tədqiqat işlərinin təşkili və aparılması təcrübəsinin öyrənilməsi, elmi problemlərin müzakirəsinə həsr olunmuş tədbirlərin həyata keçirilməsi, elmi işlərin və layihələrin ekspertizasının təşkili və elmi nailiyyətləri özündə əks etdirən elmi əsərlərin, metodik tövsiyələrin hazırlanması və nəşr edilməsi məsələlərinin tənzimlənməsidir. 
   Ümidvarıq bu yolda atılan addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcək, elmi nailiyyətləri və fəallığı ilə fərqlənən işçilərin həvəsləndirilməsində, eləcə də gənc alimlərin yetişməsində stimul rolu oynayacaqdır.