028361 seriya ilə buraxılmış “Fosfalyugel” ticarət adlı dərman vasitəsi geri çağrılmışdır

2021-12-14

   Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 9.1 bəndi rəhbər tutularaq, 028361 seriya ilə buraxılmış son istifadə tarixi 05.2023 olan “Fosfalyugel” ticarət adlı aluminium phosphate gel 20%, daxilə qəbul edilən gel 16 q №20 paketlərdə (saşe) dərman vasitəsinin geri çağırılması qərarı verilmişdir.