AEM səfirlik nümayəndələri ilə görüşdə

2021-10-18

   13.10.2021 tarixində Hindistanın Bakıdakı Səfirliyi tərəfindən, Hindistan Əczaçılıq Məhsullarının İxracının Təşviqi Şurası (Pharmexcil) ilə birlikdə Əczaçılıq sektoru üzrə hibrid formatda görüş keçirilmidir. Tədbirdə Hindistan əczaçılıq şirkətlərinə əczaçılıq və dərman bazarı, onun tənzimlənməsi, qeydiyyat prosesi, dövlət satınalması və dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı ətraflı məlumat verilmişdir. 
   Hindistanın Respublikasının müstəqilliyinin 75-ci il dönümünə təsadüf etmiş həmin tədbirdə cənab səfir B. Vanlalvawna, səfirlik nümayəndələri, eləcə də Hindistanın və ölkəmizin bir çox əczaçılıq şirkətlərinin nümayəndələri, həmçinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları Dərman vasitələrinin qeydiyyatı-ekspertiza şöbəsinin müdiri Həmid Qurbanov, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Esmira Əkbərova iştirak etmişdirlər. 
   Dəvət üçün öz təşəkkürümüzü bildiririk və inkişafa aparan əməkdaşlıqları dəstəkləməyə daim hazırıq!