AvroAsiya Əczaçılıq Sammiti: Aktual mövzular, müzakirələr

2021-10-14

   2021-ci ilin 12-13 oktyabr tarixində Daşkənddə hibrid formatda təşkil olunmuş AvroAsiya Əczaçılıq Sammitində Analitik Ekspertiza Mərkəzinin əməkdaşları onlayn iştirak etmişdirlər. Sammitdə əczaçılığın dərman vasitələrinin qeydiyyat prosedurları, farmakonəzarət və Etibarlı İstehsalat Təcrübəsi kimi mühüm sahələri haqqında məlumatlar verilmiş, prezentasiyalar təqdim olunmuşdur. Avropa və Asiya qitələrinin aparıcı ölkələrinin qatıldığı bu tədbirdə dərman vasitələrinin qeydiyyatı, qablaşdırmaya olan müasir tələblər, dərman vasitələrinin qiymət formalaşması, ölkələrdə bu sahədə son tənzimləyici dəyişiklər və bir sıra aktual mövzular müzakirə olunmuşdur. 
   Sammitdə Azərbaycan Respublikasını Analitik Ekspertiza Mərkəzinin Qeydiyyat-ekspertiza, Farmakonəzarət və Keyfiyyəti idarəetmə şöbələrinin əməkdaşları təmsil etmişdir və hər üç istiqamət üzrə Mərkəzdə görülən işlər və son yeniliklər haqqında ətraflı məlumat verilmiş, dərman vasitələrinin istehsalçılarının sualları cavablandırılmışdır.