Farmakonəzarət üzrə təlim keçirildi

2021-06-25

   Analitik Ekspertiza Mərkəzinin təşəbbüsü ilə Farmakonəzarət sisteminin təşkilinin həyata keçirilməsində iştirak edən dərman vasitəsinin qeydiyyat vəsiqəsinin sahiblərinə və farmakonəzarət üzrə tədbirləri həyata keçirən təşkilatlara, eləcə də  Farmakonəzarət sisteminin təşkilinin həyata keçirilməsində mülkiyyət və təşlikati hüquqi formasından asılı olmayaraq bütün müalicə-profilaktika müəssisələrinin farmakonəzarət üzrə məsul şəxslərinə metodiki yardımın göstərilməsi məqsədilə 21.05.2021 – 11.06.2021- cı il tarixlərində Farmakonəzarət üzrə onlayn təlim təşkil edilmişdir. Təlimdə məruzəçi qismində farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov, farmakonəzarət şöbəsinin baş mütəxəssisi Fəridə Aslanlı və mütəxəssisi Telli Əli-zadə təqdimatla iştirak etmişdilər. Əməkdaşlarımız tərəfindən Farmakonəzarət ilə əlaqədar əhəmiyyətli mövzulara aydınlıq gətirilmiş, yaranmış suallar cavablandırılmışdır.