AEM Azərbaycanı təmsil edərək daha bir mötəbər qurumda müşahidəçi üzvlüyü statusuna nail oldu!

2021-06-11

   Analitik Ekspertiza Mərkəzi tərəfindən 22 fevral 2021-ci il tarixində Dərman vasitələrinin texniki tələblərinin uyğunlaşdırılması üzrə Beynəlxalq Şuraya (The International Council for Harmonisation of Technical Requirements for Pharmaceuticals for Human Use (ICH))  müşahidəçi qismində üzv olmaq üçün ərizə ilə müraciət olunmuşdur.  2-3 iyun 2021-ci il tarixində Dərman vasitələrinin texniki tələblərinin uyğunlaşdırılması üzrə Beynəlxalq Şuraya (ICH) tərəfindən virtual assambleya təşkil olunmuşdur və AEM həmin assambleyada iştirak üçün dəvət almışdır. Assambleyada AEM-in Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov çıxış edərək, Mərkəzin ümumi fəaliyyəti haqqında məlumat vermişdir. Tədbirdə eyni zamanda Böyük Britaniyanın tənzimləyici qurumunun (MHRA) müşahidəçi qismində ərizəsinə və Səudiyyə Ərəbistanın tənzimləyici qurumunun (SFDA) daimi üzvlüyə olan ərizələrinə baxılaraq Şuranın Katibliyinin və assambleya iştirakçılarının səsverməsi nəticəsində Mərkəzimiz müşahidəçi üzv qismində Dərman vasitələrinin texniki tələblərinin uyğunlaşdırılması üzrə Beynəlxalq Şuraya seçilmişdir. Dərman vasitələrinin texniki tələblərinin uyğunlaşdırılması üzrə Beynəlxalq Şuranın web səhifəsində bununla bağlı məlumat yerləşdirilmişdir.
https://www.ich.org/pressrelease/press-release-ich-assembly-virtual-meeting-june-2021 
   AEM daim əczaçılıq sahəsində yeniliklərə aparan əməkdaşlıqları dəstəkləyir. Uğurlarımız çox olsun!