Keyfiyyət siyasəti


   Azərbaycan Respublikasının əczaçılıq sahəsində milli tənzimləyici qurumu olaraq “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin ali məqsədi əhalinin keyfiyyətli, effektiv və təhlükəsiz dərman və tibb vasitələri ilə təminidir. Mərkəz öz fəaliyyətində müvafiq milli və beynəlxalq normativ hüquqi aktların tələblərini, həmçinin keyfiyyət sahəsində bu siyasətlə müəyyənləşdirilmiş istiqamətləri rəhbər tutur. 
Mərkəz öz fəaliyyətini aşağıdakı prinsipləri əsasında qurur:
  • Müştəri məmnunluğunu təmin etmək;
  • Aidiyyəti milli və beynəlxalq normativ hüquqi aktların tələblərinə və standartlara riayət etmək;
  • Fəaliyyətini müvafiq keyfiyyət standartlarına uyğun, şəffaf və qərəzsiz qurmaq;
  • Göstərdiyi xidmətin səviyyəsini daim müvafiq standartlara uyğunlaşdırmaq və təkmilləşdirmək;
  • Əmək şəraitini və iş mühitini daim yaxşılaşdırmaq;
  • Əməkdaşların etik davranış qaydalarına riayət etməsini təmin etmək;
  • İşçilərin fərdi və peşəkar inkişafına şərait yaratmaq;
  • Fəaliyyətini qurarkən qanunvericilik çərçivəsində maraqlı tərəflərin istək və tələblərini nəzərə almaq;
  • Fəaliyyətinin müvafiq standartlara uyğunluğuna daim nəzarət etmək və səmərəliliyini artırmaq;
  • Mövcud çatışmazlıqları və uyğunsuzluqları zamanın aşkar etmək və aradan qaldırmaq;
  • Mərkəzin struktur bölmələri arasında, eləcə də maraqlı tərəflərlə əlaqəni gücləndirmək və effektivliyini artırmaq.
Mərkəzin Keyfiyyəti İdarəetmə Sistemi (KİS) üzrə hədəfləri aşağıdakılardır:
  • Məhsul və xidmətlərlə bağlı fəaliyyəti KİS-ə uyğun qurmaq;
  • Müştəri məmnuniyyətini təmin etmək və artırmaq;
  • Zəruri resursları müəyyən etmək;
  • Maraqlı tərəflərlə əməkdaşlığı gücləndirmək və təkmilləşdirmək;
  • Mərkəzin KİS-ni daim inkişaf etdirmək.